Qış Olimpiadasındakı təmsilçimizin çıxışı uğursuz alınıb

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarındakı təmsilçisi Patrik Braxnerin çıxışı uğursuz alınıb.

Sportline.az xəbər verir ki, dağ xizəkçiliyinin slalom növündə qüvvəsini sınayan avstriyalı idmançı yıxıldığı üçün finişə çata bilməyib.

Qeyd edək ki, yarışın birinci keçidində iştirak edən 106 idmançıdan 52-si finişə çatıb.