Qış Olimpiya Oyunları start götürdü

Cənubi Koreyanın Pxençxan şəhərində 13-cü Qış Olimpiya Oyunları başlayıb.

SportLine.az xəbər verir ki, "Ağ Olimpiada"da 92 ölkə iştirak edəcək. Ümumilikdə 2902 idmançı 102 dəst medal uğrunda yarışacaq.

Azərbaycan Pxençxanda bir idmançı ilə təmsil olunacaq. milliləşdirilmiş avstriyalı Patrik Braxner həm bayraqdarımız olacaq, həm də medal qazanmağa çalışacaq. Bu onun ölkəmiz adına ikinci Qış Olimpiya Oyunlarıdır. Braxner dağ xizək idmanında (slalom və nəhəng slalom üzrə) nəyə qadir olduğunu nümayiş etdirəcək.

Qeyd edək ki, yarışın rəsmi açılış mərasimi sabah keçiriləcək.