"Qolden Steyt" məğlub oldu, "Mayami" qalib gəldi

Amerika Milli Basketbol Assosiasiyasının Müntəzəm Çempionatında növbəti duellər yaşanıb. SportLine.az xəbər verir ki, oyun günündə 5 qarşılaşma olub.

Maraqla gözlənilən matçlardan birində "Qolden Steyt Uarriors" "Milouki Baks"la üz-üzə gəlib. Oyun boyu məğlub vəziyyətdə olan "Qolden Steyt Uarriors" basketbolçuları sonuncu periodda vəziyyəti düzəltməyə çalışsalar da, faydasız olub.

Digər bir maraqlı oyunda isə "Mayami Hit" "Çikaqo Bulls"u üstələyib.

Gecənin nəticələri ilə tanış olun:

30 mart 2018
Basketbol, MBA

"Detroyt Pistons" - "Vaşinqton Uizards" - 103:92
"Mayami Hit" - "Çikaqo Bulls" - 103:92
"Sen Antonio Spörs" - "Oklahoma Siti Tander" - 103:99
"Sakramento Kinqs" - "İndiana Peysers" - 103:106
"Qolden Steyt Uarriors" - "Milouki Baks" - 107-116