"Qolden Steyt Uarriors" overtaymda uduzdu

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında daha 9 görüş keçirilib. Sportine.az xəbər verir ki, azarkeşlərin diqqəti, əsasən, "Los Anceles Klippers" - "Qolden Steyt Uarriors" duelinə yönəlib. 

Əsas vaxtı 106:106 hesablı bərabərliklə yekunlaşan matçın qalibi overtaymda müəyyənləşib. Həlledici məqamda daha yaxşı təsir bağışlayan Los Anceles basketbolçuları qələbəni bayram ediblər.

Gecənin bütün nəticələrini diqqətinizə çatdırırıq:

"Vaşinqton Uizards" - "Orlando Məcik" - 117:109

"Mayami Hit" - "Filadelfiya Sevinti-siksers" - 114:124

"Toronto Reptors" - "Nyu Orleans Pelikans" - 110:126

"Memfis Qrizzlis" - "Yuta Cazz" - 88:96

"Minnesota Timbervulfs" - "Bruklin Nets" - 120:113

"Oklahoma Siti Tander" - "Feniks Sans" - 118:101

"Sakramento Kinqs" - "Sen Antonio Spörs" - 104:99

"Los Anceles Klippers" - "Qolden Steyt Uarriors" - 121:116