Qızıl Qran-pri turniri sona yaxınlaşır

Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri”  turnirinin final mərhələsi sona yaxınlaşır. SportLine.az xəbər verir ki, 50-dən artıq ölkədən 700-ə yaxın güləşçinin qatıldığı yarşın son günündə yunan-Roma güləşçiləri mübarizə aparırlar.  Baş məşqçi əvəzi Akif Əliyevin rəhbərliyi ilə 23 güləşçimiz xalça üzərinə çıxacaq. Heyətdə Taleh Məmmədov, Kərim Cəfərov, Murad Məmmədov (hər üçü 59 kq), Kamran Məmmədov, Rövşən Tağıyev, Azad Əliyev (hər üçü 66 kq), Həsən Əliyev, Rüstəm Əliyev, Ruhin Mikayılov (hər üçü 71 kq), Elvin Mürsəliyev, Şəmistan Quluzadə, Mehrac Kərimov (hər üçü 75 kq), Rafiq Hüseynov, Emin Əhmədov, Elton Vəzirzadə (hər üçü 80 kq), İslam Abbasov, Soltan İsmayılov, Arif Niftullayev (hər üçü 85 kq), Orxan Nuriyev, Araz Həsənov, Nizami Şəmilov (hər üçü 98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) yer alıb.