Qran-prinin 2-ci günü də uğursuz alındı

Gürcüstanın paytaxtı Tiflis şəhərində cüdo üzrə Qran-pri turniri davam edir. SportLine.az xəbər verir ki, yarışın ikinci günü də komandamız üçün uğursuz alınıb. 

73 kq çəki dərəcəsində mübarizə aparan Paşa Əliyev və Telman Vəliyev ilk görüşündəcə məğlub olaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, ötən gün tatamiyə çıxan üç cüdoçumuz da yarışdan mükafatsız ayrılıb.