Qriqorçuk: "Bütün rəqiblərmizidən zəif idik"

“Düşünürəm ki, bu gün meydanda sürətli və gərgin oyun getdi. Öz komandama təşəkkür etmək istəyirəm. Yaxşı çıxış etdik”. SportLine.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda səfərdə “Maynts”la qarşılaşan “qırmızı-qaralar” səfərdə 0:2 hesablı məğlubiyyətə üzülüblər.

Görüş başa matdıqdan sonra “İdman TV”yə açıqlama verən ukraynalı çalışdırıcı komandasından razı qaldığını bildirib: “Futbolçularım bu mövsüm çox şey öyrəndilər. Qeyri-adi heç nə baş vermədi. Həqiqət budur ki, biz bütün rəqiblərmizidən zəif idik. Bilirdik ki, onların səviyyəsi bizdən yüksəkdi”.

Baş məşqçi gənc oyunçuların meydana çıxması haqqında da fikir bildirib: “Belə ciddi rəqiblərə qarşı gənc oyunçuların meydana çıxması onlar üçün çox yararlı olacaq. Meydanda çox vaxt keçirə bilməsələr də, yaxşı təcrübə qazandıqlarını demək olar”.