Qrizmann "Barselona" ilə bağlı qərarını yaxın günlərdə açıqlayacaq

Fransa millisinin və "Atletiko"nun hücumçusu Antuan Qrizmann karyerası ilə bağlı qərar qəbul etməyə hazırlaşır. SportLine.az goal.com saytına istinadən xəbər verir ki, bu barədə futbolçu ötən gün ABŞ-la keçirilən yoldaşlıq görüşündən sonra deyib.

"Dünya çempionatına bir neçə gün qalır. Bu müddət ərzində qərar verəcəyəm", - deyən A.Qrizmannın "Barselona"ya keçib-keçməyəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, 27 yaşlı hücumçu 2014-cü ildən "Atletiko"nun şərəfini qoruyur. Onun Madrid klubu ilə 2022-ci ilədək müqaviləsi var.