Qrizmann "ən yaxşı" seçildi

UEFA Avropa Liqasının "Marsel" və "Atletiko" komandaları arasında oynanılan final oyununun ən yaxşı futbolçusu müəyyənləşib. SportLine.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Antuan Qrizmann "ən yaxşı" adına layiq görülüb.

Qeyd edək ki, "Atletiko"nun 3:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdə ilk iki qolu fransalı futbolçu vurub.