Qurban Qurbanovun daha iki köməkçisi bəlli oldu

Milli komandamızın yeni baş məşqçisi Qurban Qurbanov daha iki köməkçisi məlum olub.

SportLine.az Qol.az saytına istinadən xəbər verir ki, bunlar uzun müddətdir Qurbanovla birlikdə "Qarabağ"da çalışan Elçin Rəhmanov və Çudomir Çakarovdur.

Elçin Rəhmanov "Qarabağ"da olduğu kimi Qurbanovun əsas köməkçilərindən biri olacaq. Çudomir Çakarov isə fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət gəstərəcək.

Milliyə daha bir məşqçinin cəlb olunacağı gözlənilir.

Qeyd edək ki, buna qədər millimizin sabiq üzvü Dmitri Kramarenko qapıçılar üzrə məşqçi təyin edilmişdi.