Qurbanov məşqçilərin reytinqində irəlilədi

"World Coach Ranking" saytı baş məşqçilərin yeni reytinq cədvəlini tərtib edib.

SportLine.az xəbər verir ki, Azərbaycan millisinin və "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov ötən dəfə ilə müqayisədə 3 pillə irəliləyib. Mütəxəssis 1073 xalla 452-ci yerdə qərarlaşıb.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 123 xalla 968-ci pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən siyahı ilə müqayisədə 8 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə  "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone qərarlaşıb. "Qremio"nun baş məşqçisi Renato Qauço isə 3-cüdür.