"Real"ın yeni baş məşqçisi Quti olacaq?

"Real"da baş məşqçi məsələsi gündəmdədir. SportLine.az xəbər verir ki, klub rəhbərliyi Xulen Lopeteqini vəzifəsindən kənarlaşdırmağa hazırlaşır.

AS nəşrinin yaydığı məlumata görə, La Liqada "Levante" məğlubiyyətinin ardından prezident Florentino Perezin sədrliyi ilə klubdaxili iclas keçirilib. Tədbirdə X.Lopeteqinin taleyi müzakirə olunub.

Xəbərdə F.Perezin baş məşqçinin komandadan kənarlaşdırılmasının tərəfdarı olduğu bildirilib. Onun əvəzinə Qutinin komandaya rəhbər təyin olunması təklifi irəli sürülüb.

Quti hazırda "Beşiktaş"da köməkçi məşqçi funksiyasını icra edir.

AS nəşri onu da qeyd edib ki, X.Lopeteqi növbəti tur təşkil olunacaq "El-Klasiko"yadək vəzifəsini icra edəcək. "Barselona" ilə oyunda əldə ediləcək nəticə mütəxəssisin taleyini həll edəcək. Komanda uğursuz nəticə əldə edərsə, oyundan dərhal sonra X.Lopeteqi istefa verəcək.