Rahid Əmirquliyev 350-ə çatdı
Rahid Əmirquliyev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib. SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, “Səbail”in 29 yaşlı yarımmüdafiəçisinin yubileyi Topaz Premyer Liqasının II turuna təsadüf edib. Bu, “Qarabağ”la qarşılaşmadakı 0:2 hesablı məğlubiyyətin qeydə alındığı matçda gerçəkləşib. 350 oyunda 33 qol vuran Əmirquliyev çempionatlarda 4 klubun şərəfini qoruyub. Debütü 2003/04 mövsümündə rəsmiləşən yarımmüdafiəçi ilk klubu olan Qusar “Şahdağ”ında 57 (4 qol), “Xəzər Lənkəran”da 254 (26), “Qarabağ”da 37 (3), “Səbail”də 2 oyun keçirib.
Qeyd edək ki, Rahid Azərbaycan çempionatları tarixində 350 və daha çox oyun keçirən 8-ci futbolçudur.
yer |
futbolçu |
oyun |
1 |
Mahmud Qurbanov |
421 |
2 |
Azər Məmmədov |
388 |
3 |
Rəşad Sadiqov |
386 |
4 |
Aslan Kərimov |
382 |
5 |
Rəşad Abdullayev |
378 |
6 |
Aqil Məmmədov |
363 |
7 |
İsmayıl Məmmədov |
351 |
8 |
Rahid Əmirquliyev |
350 |