Ramil Quliyev Türkiyə ordusu sıralarında

Atletika üzrə dünya çempionu Ramil Quliyev Türkiyə ordusu sıralarına daxil olub.

Sportline.az xəbər verir ki,  200 m məsafədə dünya və Avropa çempionu, hərbi xidmətdə əsgər andı içib.

O, Türkiyə silahlı qüvvələrindəki ilk təlimləri başa vurub. Quliyev ödənişli qısamüddətli xidmət üçün hərbiyə cəlb olunan 417 nəfər sırasındadır.

Qeyd edək ki, Ramil Quliyev beynəlxalq yarışlarda Türkiyəni təmsil edir.