Ramil Quliyev yenə birinci oldu

Türkiyə komandasının heyətində çıxış edən azərbaycanlı atlet Ramil Quliyev növbəti qələbəsini qazanıb. SportLine.az xəbər verir ki, idmançı “Brilliant liqa”nın Stokholmda keçirilən növbəti mərhələsində 200 metr məsafədə birinci olub. O, 19,92 saniyə nəticə göstərib.

Xatırladaq ki, iyunun 7-də Ramil “Brilliant liqa”nın Osloda keçirilən mərhələsində də qalib gəlmişdi. 

Hazırda Ramil Quliyevin hesabında 24 xal var və ümumi sıralamada o, ikinci pillədə qərarlaşıb. Lider isə 25 xala malik Aron Braundu.