Ramil Quliyevin növbəti uğuru

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev daha bir uğura imza atıb.

Sportline.az xəbər verir ki, o, Finlandiyada keçirilən Paavo Nurmi Oyunlarında 200 metr məsafəyə mübarizədə bütün rəqiblərini qabaqlayıb.

28 yaşlı idmançı 20.23 saniyə nəticə ilə finişi birinci keçib. 

Ramil bununla Paavo Nurmi Oyunlarının rekorduna da imza atıb. 

Onu sabah Norveçin Oslo şəhərində Brilliant Liqa yarışında 200 metr məsafəyə qaçışda mübarizə gözləyir.