Ramil Şeydayev Avstriya klubunda

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin yeni klubu bəlli olub. SportLine.az xəbər verir ki, futbolçu karyerasını Avstriyanın "Mattersburq" komandasında davam etdirəcək.

"Report"un yaydığı məlumata görə, futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir. 

"Mattersburq" Avstriyanın Bundesliqasında çıxış edir.

Qeyd edək ki, Ramil Şeydayev 2016-cı ildə Rusiyanın "Zenit" komandasından "Trabzonspor"a keçib. O, 2017-ci ilin yanvarında Slovakiya "Jilina"sına, ötən ilin yayında isə "Qarabağ"a icarəyə verilmişdi.