Ramil Şeydayev Bundesliqaya yollanır

Milli komandamızın üzvü Ramil Şeydayevin yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, 22 yaşlı futbolçu Avstriya Bundesliqasında çıxış edən "Mattersburq"a keçəcək. Bu barədə klub prezidenti Martin Puxer açıqlama verib. Müqavilə ilə Türkiyə "Trabzonspor"una məxsus Şeydayevlə anlaşmanın detalları hələ ki, açıqlanmır.

Avstriya mətbuatı gənc forvardın "Zalsburq"a qayıdan Smail Prevlyakın əvəzinə alındığını yazıb.

Qeyd edək ki, "Mattersburq" mövsümü 36 oyundan 46 xalla 6-cı pillədə başa vurub.