Rauf Əliyev rəsmən "Kukesi"də

Rauf Əliyevin "Kukesi"yə keçidi rəsmiləşib. SportLine.az xəbər verir ki, bu barədə Albaniya klubu məlumat yayıb. 

Onunla bir illik müqavilə imzalanıb. Son ölkə çempionu  Raufla yanaşı yarımmüdafiəçi Ardit Pepoşinin də ictimaiyyətə təqdim edib.

Qeyd edək ki, “İnter” rəhbərliyi Raufun klubla 2018-ci ilə qədər müqaviləsi olduğunu və bu transferin baş tutmayacağını bildirirdi.

Əlavə edək ki, "Qarabağ"ın yetirməsi olan R.Əliyev "Bakı" və "Neftçi"də də çıxış edib. O, ilk dəfə ölkə xaricində oynayacaq.