"Rayo Valyekano" La Liqada

İspaniya La Liqasına yüksələn daha bir klubun adına aydınlıq gəlib. 

SportLine.az xəbər verir ki, "Sequnda"da keçirilən görüşdə "Luqo"nu məğlub edən "Rayo Valyekano" La Liqaya qayıdıb.

“Rayo Valyekano” sonuncu dəfə 2015-2016-cı il mövsümündə La Liqada çıxış edib.

Qeyd edək ki, “Ueska” da gələn mövsümdə güclülər dəstəsində çıxış üçün vəsiqəni təmin edib.