"Real" Lopeteqini ictimaiyyətə təqdim etdi

"Real" yeni baş məşqçisi Xulen Lopeteqini ictimaiyyətə təqdim edib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, 52 yaşlı mütəxəssis bundan öncə İspaniya millisini çalışdırırdı. O, Dünya çempionatının başlanmasına bir gün qalmış federasiya tərəfindən qovulub. Buna X.Lopeteqinin "Real"la razılığa gəlməsi səbəb olub.