"Real" ukraynalı qapıçı alır

Madrid "Real"ı heyətini 19 yaşlı qapıçı ilə gücləndirməyə hazırlaşır. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu" "Zarya"nın şərəfini qoruyan Andrey Luninlə razılığa gəlib.

Futbolçu ilə yaxın vaxtlarda müqavilə imzalanacağı gözlənilir. La Liqa təmsilçisi qapıçının keçidi üçün Luqansk klubuna 14 milyon avro təzminat haqqı ödəyəcək.

Qeyd edək ki, A.Lunin indiyədək "Dnepr" və "Zarya" klublarında çıxış edib. Futbolçu peşəkar karyerasında 51 matça çıxıb və 20 oyunda qapısını toxunulmaz saxlayıb.