"Real" Zidanın yerinə daha bir namizəd tapdı

"Real" Zinəddin Zidanın istefasından sonra boş qalan baş məşqçi vəzifəsinə yeni namizəd müəyyənləşdirib. SportLine.az "RMC Sport"a istinadən xəbər verir ki, bu, "Çelsi" və "Tottenhem"in sabiq çalışdırıcısı Andre Villaş-Boaşdır. 

Məlumata görə, klub rəhbərliyi artıq portuqaliyalı mütəxəssislə danışıqlara başlayıb. Onunla Dünya çempionatının ardından müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, bunadək Yürgen Klopp və Maurisio Poçettinonun "Real"a keçidi gündəmdə idi.