"Real"dan 225 milyonluq təklif

Növbəti mövsümə hazırlıqları davam etdirən Madrid "Real"ı heyətini gücləndirmək niyyətindədir. SportLine.az xəbər verir ki, "kral klubu" Eden Azarın ardından, Tibo Kurtuanı da heyətinə cəlb etmək istəyir. 

La Liqa təmsilçisinin iki futbolçu üçün "Çelsi"yə rəsmi təklif ünvanladığı bildirilir. "Marca"nın yaydığı məlumata görə, "Real" "zadəganlar"a T.Kurtua və E.Azar üçün 225 milyon avro təklif verib. 

Qeyd edək ki, T.Kurtua son müsahibələrinin birində, "Azar hara getsə, mən də gedəcəyəm", - demişdi. Qapıçının yenidən İspaniyada çıxış etmək niyyətində olduğu deyilir.