"Real"ı Beyli satır

Madrid "Real"ı Qaret Beyllə yollarını ayırmağa hazırlaşır. SportLine.az xəbər verir ki, bu barədə "El Confidencial" nəşri məlumat yayıb.

Baş məşqçi Zinəddin Zidan uzunmüddətli zədədən sonra əvvəlki formasını bərpa etməkdə çətinlik çəkən uelslinin xidmətində maraqlı deyil. Buna görə, klub hücumçunu qış transfer pəncərəsində satmağa hazırlaşır. Q.Beyl üçün təzminat dəyəri 100 milyon avro müəyyən edilib.

Qeyd edək ki, "Mançester Yunayted" mövsümün əvvəlində heyətinə qatmaq istəyirdi.