"Real"ın yeni baş məşqçisi rəsmən açıqlandı

"Real"ın yeni baş məşqçisi ictimaiyyətə təqdim olunub. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gözlənildiyi kimi, Santiaqo Solari komandaya rəhbər təyin edilib. Onunla 2021-ci ilin yayına qədər müqavilə imzalanıb.

Xatırladaq ki, S.Solari Xulen Lopeteqini əvəzləyib.

Qeyd edək ki, 42 yaşlı mütəxəssis 2016-cı ildən Madrid təmsilçisinin "B" komandasını çalışdırıb.