Rəhman Hacıyevin ötən mövsümdəki çıxışı

“Neftçi” növbəti video-roliki yayımlayıb. SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, İqnasio Errera və Daniel Seqoviyadan sonra bu dəfə yerli oyunçuya yer verilib.

Belə ki, yarımmüdafiəçi Rəhman Hacıyevin 2016-17 mövsümündəki çıxışı videoda öz əksini tapıb. Videoda Hacıyevin ifasında ən yaddaqalan anlar cəmləşib.

Qeyd edək ki, Rəhman Hacıyev ötən mövsüm “Neftçi”nin heyətində ən çox meydana çıxan futbolçu olub. O, Premyer Liqada iştirak etdiyi 26 qarşılaşmada 3 qola imza atıb.