Renat Dadaşov Portuqaliya klubunda

Azərbaycan millisinin üzvü Renat Dadaşovun yeni klubu müəyyənləşib. SportLine.az xəbər verir ki, hücumçu karyerasını Portuqaliyanın "Eştoril" klubunda davam etdirəcək. 

"Eştoril" ötən mövsüm Portuqaliya Premyer Liqasında sonuncu pilləni tutaraq "Sequnda" liqasına düşüb.

Qeyd edək ki, R.Dadaşov ötən il Frankfurt "Ayntraxt"ı ilə müqavilə imzalasa da, intizamsızlıq səbəbilə komandadan kənarlaşdırılmışdı.