“Rəqib daha inamlı idi” - Qurban Qurbanov

“İlk növbədə rəqibi həm yaxşı oyun, həm də qələbə münasibətilə təbrik edirəm". SportLine.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Qazaxıstan seçməsi ilə keçirilən yoldaşlıq görüşündən (0:3) sonra AFFA-nın saytına deyib.

Mütəxəssis oyun barədə fikirlərini bölüşüb: "Bizə gəldikdə, danışılası çox şey yoxdur. Düşünürəm ki, komanda ilə çox danışacağıq. Bu oyun çox şey verdi mənə, çox məqamları gördüm bu qarşılaşmada. Demək olar ki, oyunun ilk 20 dəqiqəsində məğlub olduq. Qalan vaxtlarda isə, təbii ki, rəqib daha inamlı idi, hücumları qurmaqda bizim üçün çətinlik yaradırdılar. Nəyin üzərində daha çox işləməli və nəyə daha çox diqqət ayırmalı olduğumuzu görməyim baxımından mənim üçün çox vacib görüş oldu”.