Rəşad Sadıqov sıraya döndü

Milli komandamızın kapitanı Rəşad Sadıqovdan şad xəbər var. Sportline.az xəbər verir ki, zədəsini sağaldan kapitan ümumi komanda ilə məşqlərə başlayıb.

Xatırladaq ki, ölkə kubokunun final matçında zədəsini təzələyən təcrübəli futbolçu, millinin Şimali İrlandiya ilə təsnifat matçına hazırlığında tam iştirak edə bilmirdi.