Rəşad Sadıqovun daha bir rəqibi müəyyənləşdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcək.

SportLine.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamız yanvarın 16-da, yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da) “Alanyaspor”un U-21 komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, U-21 yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.