"Respublika günü" turnirində ikinci tur yekunlaşdı

Bu gün "Vətən" RİOEUG Futbol Məktəbinin təşkilatçılığı, AFFA-nın dəstəyi və «Het-trik news» qəzetinin informasiya dəstəyi ilə 2003-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş futbol turnirində "A" qrupunda 2 oyun keçirildi.

"Qarabağ" - "Neftçi" İK İB 2:0

Qollar: Fidayə Əzizov, 10; Bəhram Köçərli, 49.

"Vətən" - "Neftçi" 3:3

Qollar: Şahin Kərimli, 10; Elvin Abdullayev, 29; Həsən Seyfullayev, 33 - Altay Əbdülkərimov, 24; Bahadur Quliyev, 56, 58.

Bu qrupda 2 turdan sonra "Neftçi" 4 xalla birincidir. "Qarabağ" 3 xalla 2-ci, "Vətən" 2 xalla 3-cü, "Neftçi" İK İB isə 1 xalla 4-cü yerdədi. Sabah "B" qrupunda 3-cü turun oyunları keçiriləcək. Bununla da yarımfinalçılardan ikisi müəyyənləşəcək. 16:15 "Sumqayıt" - "Səbail" 17:45 "Zirə" - "Keşlə" "B" qrupunda "Zirə" və "Sumqayıt" 4 xalla 1-2-ci yerləri bölüşürlər. "Səbail" 2 xalla 3-cüdü. "Keşlə"nin isə 1 xalı var.