Respublika oyunlarının ilk qalibləri müəyyənləşdi

Tovuz rayonunda keçirilən yeniyetmələrin cüdo üzrə XI respublika oyunları turnirində ilk günün qalibləri müəyyənləşib. SportLine.az Azərbaycan Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, qızların yarışında Züleyxa Nağıyeva (28 kq), Təranə Quliyev (32 kq), Fidan Qasımova (36 kq), Könül Əliyeva (40 kq), Zeynəb Əhmədova (44 kq), Pərvanə Abdullayev (48 kq) və Rita Əliyeva (52 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Oğlanların mübarizəsində isə Murad Balacayev (34 kq), Süleyman Şükürov (38 kq), Eltac Yusifli (42 kq) və Ərəbxan Ramazanov (46 kq) çempion olub.