Respublika stadionu qara bürünüb

Tofiq Bəhramov adına Respublika stadionun ot ortüyü qara bürünüb. Bu gün Bakıya yağan qar səbəbindən arenanın ot örtüyü futbol oynamaq üçün əlverişsiz hala düşüb. Səhər saatlarından etibarən “Qarabağ” klubunun və stadionun əməkdaşları ot ortüyünü qardan təmizləməyə başlayıblar. Hazırda da bu proses davam etməkdədir. Xatırıadaq ki, bu gün Respublika stadionunda Avropa Liqasının “Qarabağ” – “Fiorentina” oyunu keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.

 

 

qol.az