Rio-2016: İnna Osipenko-Rodomska ikinci cəhdində medalsız qaldı

Rio-2016 Yay Olimpiya Oyunlarında kanoe sprint yarışları davam edir. SportLine.az xəbər verir ki, bu növdəki təmsilçimiz - İnna Osipenko-Rodomska bu gün daha bir medal əldə etmək imkanı qazanıb. 

200 metr məsafəyə yarışda bürünc mükafata sahib çıxan idmançımız, 500 metr məsafədə də final həyəcanı yaşayıb. Medallar uğrunda təmsilçimiz 7 kayakçı ilə mübarizə aparıb. Finiş xəttini sonuncu keçən avarçəkənimiz ikinci cəhdində medalsız qalıb.