Rio-2016: Lorenzo Sotomayorun finalı nə vaxt olacaq?

Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları sonuncu gün yekunlaşacaq. SportLine.az xəbər verir ki, Olimpiadada mübarizəni davam etdirən yeganə Azərbaycan boksçusu Lorenzo Sotomayor da final döyüşünə sabah çıxacaq.

Özbəkistanlı Fazliddin Qaibnazarovla həlledici görüş Bakı vaxtı ilə saat 22:00-a planlaşdırılıb.

Rio-2016, BOKS (64 kq)
FİNAL


21 avqust

22:00. Lorenzo Sotomayor - Fazliddin Qaibnazarov (Özbəkistan)