Ronaldu dubl etdi

Kriştianu Ronaldu "Yuventus"da qol hesabını açıb. SportLine.az xəbər verir ki, portuqaliyalı futbolçu "Sassuolo" ilə görüşdə dubl edib.

Turin təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşan matçın 50 və 65-ci dəqiqələrində fərqlənən K.Ronaldu komandasının qələbəsində əsas pay sahibi olub.

Qeyd edək ki, xalını 12-ə çatdıran "Yuventus" zirvədəki mövqeyini qoruyub.