Ronaldu İtaliya futbolunun tarixinə düşdü

"Yuventus"a transfer edilən Kriştianu Ronaldu İtaliya futbolunun tarixinə düşüb. SportLine.az xəbər verir ki, portuqaliyalı ulduz İtaliyada ən bahalı transfer olub. 

Turin təmsilçisi hücumçunu heyətinə cəlb etmək üçün 112 milyon avro ödəyib ki, bu da Qonzalo İquain üçün ödənilən məbləğdən daha çoxdur (Q.İquainin keçidi üçün "Yuventus" "Napoli"yə 90 milyon avro təqdim etmişdi).

K.Ronaldu bununla, həm də futbol tarixinin ən bahalı 5-ci transferi olub.

Qeyd edək ki, 33 yaşlı futbolçu "Yuventus"la 4 illik müqavilə imzalayıb.