Ronaldu "Real"la bağlı qərar verdi

Madrid "Real"ının hücumçusu Kriştianu Ronaldu klubu tərk etmək qərarına gəlib.

Sportline.az xəbər verir ki, portuqaliyalı ulduz klub rəhbərliyindən narazılığını bildirib. Ronalduya müqaviləni daha yaxşı şərtlərlə uzadılacağı vəd olunsa da, "Real"ın prezidenti Florentino Peres sözünü tutmayıb.

Qeyd edək ki, Kriştianunun hazırkı müqaviləsinə uyğun olaraq, ona illik 21 milyon avro ödənilir. "PSJ"-nin isə, illik 45 milyon avro müqabilində Ronaldunu heyətində görmək istədiyi bildirilir.