Ronaldunun Çempionlar Liqasındakı rekordları

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən "Real" -PSJ matçında (3:1) dubl edən Kriştianu Ronaldu qitənin ən nüfuzlu klub turnirində daha bir neçə rekord müəyyənləşdirib. SportLine.az portuqaliyalının imza atdığı rekordları diqqətinizə çatdırır:

- K.Ronaldu "Real"ın heyətində Çempionlar Liqasında vurduğu qolların sayını 101-ə çatdırıb. Yarış tarixində heç bir futbolçu bir komanda ilə 100 qol həddini keçə bilməyib;

- K.Ronaldu yarışda vurduğu qolların sayını 116-a yüksəldib. Onun ən yaxın izləyicisi Lionel Messinin aktivində 96 qol var;

- Cari mövsüm qollarının sayını 11-ə çatdıran K.Ronaldu yeganə futbolçudur ki, 7 mövsüm ardıcıl, ən azı, 10 qol vurub;

- İndiyədək Çempionlar Liqasında 137 komanda çıxış edib. K.Ronaldu həmin komandaların 118-dən daha çox qol vurub.