"Rostov-2" klubu Bakıdadır

Rusiyanın qadınlardan ibarət “Rostov-2” həndbol komandası paytaxtımzın qonağıdır. Sportline.az-a Azərbaycan Həndbol Federasiyasından verilən xəbərə görə, rostovlular İslam Həmrəyliyi Oyunlarına hazırlaşan milli komandamızın təlim-məşq toplanışına qatılacaqlar. Daha dəqiq desək, bu komandalar arasında aprelin 28-dən, mayın 2-dək 5 yoxlama görüşü keçiriləcək.