Rüfət Dadaşov oynadı, komandası 3 xal qazandı

Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu "Proyssen" Almaniya III Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Vürtsburqer" kollektivi olub. 

Qarşılaşma "Proyssen"in qələbəsi ilə yekunlaşıb - 1:0.

R.Dadaşov meydana start heyətində daxil olub və 90+2-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Proyssen" 12 turdan sonra 2-ci pillədə qərarlaşıb.