Rüfət Dadaşov oynadı, komandası qələbə qazandı

Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu "Proyysen" Almaniya III Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Aytraxt" Braunşvayq kollektivi olub.

Görüş "Proyysen"in qələbəsi ilə yekunlaşıb - 3:0.

R.Dadaşov 69-cu dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, "Proyysen" 16 turdan sonra 29 xalla 2-ci pillədə qərarlaşıb.