Rüfət Dadaşovun komandası qələbəyə sevinib

Almaniya 3-cü Liqasında 8-ci turun oyunları olub.

Sportline.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Pröyssen” doğma meydanda “Enerji Kotbus”a qalib gəlib - 3:0.

90 dəqiqə meydanda olan Dadaşov 84-cü dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, "Pröyssen" 8 turdan sonra 12 xalla 5-ci pillədədir.