Rüfət Dadaşovun qolu komandasına qələbə qazandırdı

Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu Berlin "Dinamo"su Almaniya Regional Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Auerbax" kollektivi olub.

Qarşıalşam "Dinamo"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

R.Dadaşov qələbədə pay sahib olub. O, 85-ci dəqiqədə oyunda yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, "Dinamo" 43 xalla 2-ci pillənin sahibidir.