Runi "Everton"a qayıdır?

"Mançester Yunayted"in hücumçusu Ueyn Runi, yayda komandanı tərk edə bilər. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, futbolçu peşəkar karyerasına başladığı "Everton"a keçə bilər.

Futbolçunun keçidi "Everton"u xərcə salmayacaq. "Mançester Yunayted" Liverpul klubunun 31 yaşlı futbolçuya həftədə 150 min funt sterlinq əmək haqqı verəcəyi təqdirdə, onu pulsuz buraxmağa hazırdır. Hazırda futbolçu həftəsinə 230 min funt sterlinq alır.

Qeyd edək ki, Runi 2004-cü ildən "qırmızı şeytanlar"ın şərəfini qoruyur.