Portuqaliya və Meksika qalib gəldi

FİFA Konfederasiyalar Kubokunda mübarizə davam edir. SportLine.az xəbər verir ki, bu gün 2-ci tur start götürəcək.

İlk oyun günündə "A" qrupunun komandaları mübarizə aparacaq.

Yeni Zellandiya ilə görüşdə qələbə qazanan Rusiya seçməsi, bu dəfə Portuqaliya ilə münasibətləri aydınlaşdırmalıdır. Meydan sahibləri ilə görüşdə Pireney təmsilçisi favorit hesab olunur.

Digər matçda isə Meksika Yeni Zellandiyanı sınağa çəkəcək.


21 iyun 2017
Konfederasiyalar Kuboku

"A" qrupu, 2-ci tur

Rusiya - Portuqaliya - 0:1
QOL:
Ronaldu, 8 (0:1)

Meksika - Yeni Zellandiya - 2:1
QOLLAR:
Vuud, 43 (0:1); Raul Ximenez, 54 (1:1); Peralta, 72 (2:1)

Standings provided by Sofascore LiveScore