Ruslan Abışov meydanı xərəkdə tərk etdi

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Uypeşt"ə qarşı keçirilən görüşdə "Neftçi" itki ilə üzləşib.

SportLine.az xəbər verir ki, "ağ-qaralar"ın kapitanı - Ruslan Abışov zədələnərək meydanı tərk edib. Futbolçu matçın 40-cı dəqiqəsində rəqiblə mübarizə vaxtı sifətindən xəsarət alıb. O, meydanı xərəkdə tərk edib.