Ruslan Lunyov 3-cü "qızıl"ı qazandı

IV İslam Həmrəyliyi Oyunlarında atıcılıq yarışları davam edir. SportLine.az xəbər verir ki, bu növdə mübarizə aparan təmsilçimiz Ruslan Lunyov uğurlu çıxışını davam etdirib.

İlk iki gündə iki qızıl medal qazanan snayperimiz bu dəfə 25 metr məsafəyə standart tapança ilə atəş açmaqda rəqiblərini qabaqlayıb.