"Sabah" milli komandamızın üzvü ilə anlaşıb

Topaz Premyer Liqasının debütantı "Sabah" milli komandamızın üzvü Cavid İmamverdiyevlə anlaşıb.

Sportline.az xəbər verir ki, "Sumqayıt"ın transferə çıxardığı futbolçu debütantla razılığa gəlib. 

Onun 500 000 manat müqabilində, 3 illk müqavilə imzalayacağı bildirilir.